featured-image-23605

Lionel Messi yenidən “Barselona”ya qayıda bilər. Msport.az xəbər verir ki, argentinalı futbolçunun atası Kataloniya klubunun prezidenti Joan Laporta ilə danışıqlar aparır. Hücumçu özü isə daim baş məşqçi Xavi ilə konatakdadır.

Jurnalist Jerar Romeronun yazdığına görə, Jordi Alba və Serxi Buskets Messinin “Barsa”ya qayıtmasına görə maaşlarının bir xeyli  azaldılmasına razıdırlar. Qeyd edək ki, PSJ-nin forvardı bu günlərdə xanımı Antonella ilə Barselonaya gələrək Alba və Busketslə ailəvi görüşüblər.

Messi “Barsa”ya 2000-ci ildə gəlib və 2021-ci ilə qədər komandada çıxış edib. Həmin vaxt klub maliyyə çətinliklərinə görə, onunla müqaviləni artıra bilməmişdi.  Leo isə azad agent kimi PSJ-yə keçmişdi. Onun parislilərlə hazırkı müqaviləsi iyunun sonuna kimidir.

Argentinalı dünya çempionu bu mövsüm bütün turnirlərdə  27 oyunda 16 qol vurub və 14 məhsuldar ötürmə verib.

ANAR ABDULLAYEV 

 

Bənzər xəbərlər