"Bütün titulları qazana bilərik" - Tomas Tuhel
“Bayern Münhen”in baş məşqçi postuna keçən Tomas Tuhel ilk açıqlamasını verib. Msport.az xəbər verir ki, 49 yaşlı mütəxəssis bildirib ki, hər şey onun üçün də gözlənilməz olub:
“Hadisələr çox tez cərəyan etdi. Düzü gözlənilmız oldu, mən bunu gözləmirdim. Öncədən klubla heç bir kontaktım olmamışdı. Güman edirdim ki, karyeramı xaricdə davam etdirəcəm.
Biz bütün titulları qazana bilərik”.
Tuhelin Münhen klubunun sükanı arxasında debüt oyunu aprelin 1-də Almaniya Bundesliqasında Dortmund “Borussiya”sına qarşı olacaq. O, həmin matç barədə də danışıb: “Bu Alman futbolunda ən vacib oyundur. Turnir cədvəlindəki yerimizi nəzərə alsaq, qarşıdakı oyun əlavə prinsipiallıq verir.
“Borussiya” əla formadadır. Ancaq bu bizim məqsədimizi yayındıra bilməz”
Qeyd edək ki, Münhen klubu Tuhellə 2025-ci ilin iyununa kimi müqavilə bağlayıb.
ANAR ABDULLAYEV







