Byelsa Uruqvayın baş məşqçisi ola bilər
“Lids”in sabiq baş məşqçisi Marselo Byelsa Uruqvay millisini çalışdıra bilər.
Msport.az “TyC Sports”a istinadən xəbər verir ki, hazırkı baş məşqçi Dieqo Alonso ilə müqavilənin müddəti başa çatıb. Ona yeni anlaşma təklif olunmayacaq.
Mənbənin sözlərinə görə, Byelsa artıq təklifi qəbul edib və Uruqyav yığmasına rəhbərlik etməyə hazırdır. Onun qarşısına qoyulan hədəf 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində uğurla çıxış etmək olacaq.
Xatırladaq ki, Uruqvay seçməsi Qətərdə keçirilən dünya çempionatında qrupdan çıxa bilmədi. H qrupundan 1\8 finala Portuqaliya və Cənubi Koreya komandaları vəsiqə qazandı.