featured-image-29717

Marselo Byeltsa Uruqvay milli komandasını çalışdıracaq. Msport.az xəbər verir ki, mayın 17-də Montevideodakı “Sentenario” stadionunda 67 yaşlı məşqçinin təqdimat mərasimi keçiriləcək.

Argentinalı Byeltsa Uruqvay yığmasının tarixində ikinci əcnəbi mütəxəssis olacaq. 1999-2001-ci illərdə milliyə digər argentinalı Daniel Passarella rəhbərlik edib.

Byeltsanın artıq milli komandalar səviyyəsində təcrübəsi olub. O, 1999-2004-cü illərdə Argentina seçməsi, 2007-2010-cu illərdə isə Çili komandası ilə işləyib.

Oskar Tabares DÇ-2022-dən sonra Uruqvay millisinin baş məşqçisi postundan istefaya göndərilmişdi. Komanda onun rəhbərliyi altında Qətər mundialında qrupdan çıxa bilməmişdi.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər