featured-image-26578

Marselo Byeltsa Uruqvay millisinə rəhbərlik edəcək. Msport.az “TyC Sports”a istinadən xəbər verir ki, argentinalı mütəxəssis DÇ-2026-nın seçmə mərhələsinin sonuna kimi müqavilə bağlayacaq.

Qətərdəki mundialdan sonra Dieqo Alonso baş məşqçi postunu tərk etmişdi.

67 yaşlı Byeltsa əvəllər iki dəfə milli komandalarla işləyib. 1998-2004-cü illərdə Argentina seçməsinə rəhbərlik edən mütəxəssis Olimpiya çempionu olub (2004) və Amerika kubokunda gümüş medal (2004) qazanıb. Byeltsa 2007-2010-cu illərdə Çili yığmasında çalışıb.

O, İngiltərənin “Lids”, İspaniyanın “Atletik” klublarının da baş məşqçisi olub.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər