Çağlar Söyüncü “Atletiko Madrid”ə keçdi
Çağlar Söyüncü “Atletiko Madrid”ə keçib.
Msport.az xəbər verir ki, La Liqa klubu 27 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalayıb. Çağlar Son 5 mövsümü “Lester Siti”də keçirib.
Qeyd edək ki, Söyüncü ötən mövsüm İngiltərə klubunun heyətində bütün yarışlarda 9 oyun keçirib və 1 qol vurub. O, həmçinin Türkiyə millisinin heyətində 53 oyun keçirib, 2 qol vurub.
Royal Türksoy







