featured-image-29990

Qranit Caka yayda “Arsenal”dan ayrılacaq.

Msport.az xəbər verir ki, yarımmüdafiəçi mövsümün sonunda London komandasını tərk edəcək. Tərəflər yeni müqavilə ilə bağlı danışıqlar aparmır və bu yay yolları ayırmağı planlaşdırır.

Cakanı “Bayer Leverkuzen” heyətinə qatmaq istəyir. Alman klubu yarımmüdafiəçi üçün təxminən 15 milyon avro ödəməli olacaq.

Leverkuzenlilər artıq futbolçu ilə 2027-ci ilə qədər hesablanmış müqavilənin şərtlərini demək olar ki, razılaşdırıblar.

Qeyd edək ki, Caka 2016-cı ildən “Arsenal”da çıxış edir.

Royal Türksoy

Bənzər xəbərlər