featured-image-77184

Almaniya Bundesliqasının 30-cu turunda “Ştutqart” üzərində qazanılan 4:2 hesablı qələbə “Bavariya” üçün növbəti çempionluqla yanaşı, Camal Musiala üçün də xüsusi məna kəsb edib.

Msport.az xəbər verir ki, Münhen klubunun hücumameylli yarımmüdafiəçisi bu qarşılaşmada Bundesliqada 150-ci oyununa çıxıb.

Yubiley matçı 23 yaşlı futbolçu üçün fərdi baxımdan o qədər də uğurlu alınmayıb. Belə ki, Musiala oyunda qol vura bilməyib və fasilədə baş məşqçi tərəfindən əvəzlənib.

Qeyd edək ki, Camal Musiala “Bavariya”nın heyətində debütünü 2020-ci ildə gerçəkləşdirib. Qısa müddət ərzində komandanın əsas heyət oyunçusuna çevrilən istedadlı futbolçu, həmçinin Almaniya millisinə də müntəzəm olaraq dəvət almağa başlayıb.

Bənzər xəbərlər