featured-image-43056

Türkiyə millisinin sabiq futbolçusu Caner Erkin yenidən “Qalatasaray”ın formasını geyinə bilər.

Msport.az “Fanatik”ə istinadən xəbər verir ki, “sarı-qırmızılar”ın hazırda “Eyüpspor”da çıxış edən 35 yaşlı cinah müdafiəçisini heyətinə qatmaq istədiyi iddia olunur.

Qeyd edək ki, Caner Erkin 2009/2010 mövsümündə icarə əsasında “Qalatasaray”da çıxış edib. O, Türkiyədə “Fənərbağça” və “Beşiktaş”ın da uğurları üçün çalışıb.

Bənzər xəbərlər