featured-image-46510

UEFA Avropa Liqasının 1\4 final mərhələsinin ilk oyununda öz meydanında “Atalanta”ya 0:3 hesabı ilə uduzan “Liverpul”un baş məşqçisi Yurgen Klopp məğlubiyyətə aydınlıq gətirib. Msport.az xəbər verir ki, almaniyalı mütəxəssis faciəvi oynadıqlarını deyib:

“Bazar ertəsi bu oyunun təkrarına baxacam.  Biz nələri artırmalıyıq ki, daha yaxşı olaq, indi bunu deyə bilmərəm. Qələbə qazana bilərikmi? Bəli, yaxşı oynasaq, hər şey mümkündür. 3:0 qalib gəlib yarımfinala çıxa bilərikmi? Heç bir anlayışım yoxdur. Lakin indi özümüzü pis hiss edirik və bu çox vacibdir. Belə anlarda həmişə elə bilirsən ki, rəqib növbəti mərhələyə keçib. Lakin biz cavab oyununa çıxmamış,heç nə həll olunmayıb.

Bizim üçün faciəvi oyun oldu. Bilirəm ki, uşaqlar daha yaxşı oynaya bilərlər. Lakin onlar bu gün bunu etmədilər. Biz bazar günü buna reaksiya verməliyik. Əminəm ki, bunu edəcəklər”.

Bənzər xəbərlər