“Cavab oyunundan öncə əla nəticədir”
“Mançester Siti”nin yarımmüdafiəçisi Cek Qriliş Çempionlar Liqasının 1\4 final mərhələsinin “Real”la ilk oyunundan (3:3) danışıb.
Msport.az xəbər verir ki, İngiltərə millisinin üzvü bununla bağlı sosial mediada paylaşım edib:
“Bu elə gecələrdəndir ki, biz oynamaq istəyirik. Doğma meydandakı cavab oyunundan öncə əla nəticədir! İrəli, “Siti!
Xatırladaq ki, Qriliş 2021-ci ildən “Mançester Siti”də çıxış edir. Onun klubla müqaviləsi 2027-ci ilə kimidir.
“Mançester Siti” ilə “Real” arasında cavab oyunu aprelin 17-də keçiriləcək.