Cavid İmamverdiyev klubsuz qaldı
Azərbaycan millisinin sabiq futbolçusu Cavid İmamverdiyev II Liqa təmsilçisi “Sheki City” ilə vidalaşıb.
Msport.az xəbər verir ki, klub 36 yaşlı hücumçu ilə yolları qarşılıqlı razılıq əsasında ayırdığını açıqlayıb.
Qeyd edək ki, Şəki komandası hazırda II Liqanın turnir cədvəlində 25 xalla 4-cü pillədə qərarlaşıb.







