featured-image-19220

Məşhur aktrisa Ketrin Zeta-Cons Argentina millisinin futbolçusu Lionel Messiyə sevgisini etiraf edib.

Msport.az xəbər verir ki, 53 yaşlı cazibədar qadın bununla bağlı sosial şəbəkə hesabında post paylaşıb.

“Mən PSJ-ni dəstəkləyirəm, fransız dilini sevirəm və bu dildə danışıram. Ürəyim fransızlara məxsusdur. Amma siz məni başa düşməlisiniz: Messini sevirəm! Ən yaxşısı isə odur ki, ərim buna fikir vermir. Evin hər yerində asdığım Messi posterlərinə məhəl qoymur. Möhtəşəmdir”!, – britaniyalı aktrisa yazıb.

Ketrin Zeta-Consun əri, 78 yaşlı aktyor Maykl Duqlas həyat yoldaşının futbolçuya olan hisslərinin əleyhinə olmadığını vurğulayıb.

Bənzər xəbərlər