featured-image-40692

Aleksander Çeferin 2031-ci ilədək UEFA prezidenti ola bilər.

Msport.az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, 56 yaşlı funksioner qurumun nizamnaməsinə dəyişiklik edilməsinin tərəfdarıdır.

Bu, ötən həftə Almaniyanın Hamburq şəhərində təşkilatın İcraiyyə Komitəsinin iclasında təklif edilib. Çeferinin ilk prezidentlik müddətinin ləğv edilməsi və onun növbəti seçkilərdə namizəd olması mümkündür.

Qeyd edək ki, Aleksander Çeferin 2016-cı ildən quruma rəhbərlik edir. Onun səlahiyyət müddəti 2027-ci ildə başa çatmalıdır.

Bənzər xəbərlər