featured-image-42422

UEFA prezidenti Aleksander Çeferin İngiltərənin “Mançester Siti” klubunun Maliyyə Feyr-Pley (FFP) qaydalarını pozduğuna əmindir.

Msport.az xəbər verir ki, sloveniyalı futbol funksioneri 2020-ci ildə “şəhərlilər”i cəzalandırmaqla düzgün qərar verdiklərini düşünür.

İdman Arbitraj Məhkəməsi (CAS) qərarı ləğv etsə də, Çeferin haqlı olduqlarını bildirib: “Haqlı olduğumuzu düşünməsək, bu qərarı verməzdik. 25 il məhkəmə vəkili kimi çalışmışam və bilirəm ki, bəzən uduzacağınıza əmin olduğunuz bir işi udursunuz, bəzən isə əksinə olur”.

Qeyd edək ki, UEFA 2020-ci ildə “Mançester Siti”ni Maliyyə Feyr-Pley qaydalarını pozduğuna görə 2 il müddətinə avrokuboklardan kənarlaşdırmışdı. Lakin sonradan İdman Arbitraj Məhkəməsi Premyer Liqa klubunun şikayətini müsbət qiymətləndirərək, cəzanı ləğv etmişdi.

Bənzər xəbərlər