featured-image-23865

“Yuventus”un sabiq prezidenti Andrea Anyelli FİFA və UEFA-nın rəhbərlərini tənqid edib.

Msport.az xəbər verir ki, o, Canni İnfantino və Aleksandr Çeferinin hakimiyyətdə qalmaq üçün hər şey etdiklərini deyib:

“Qəribə deyil ki, FİFA və UEFA prezidenti seçkilərində yalnız bir namizəd olur. Özü də təşkilatın hazırkı rəhbərləri. Məgər bu normaldır? Adamlardan islahatlar gözləməyə dəyər? Çeferin və İnfantino hakimiyyətdə qalmaqdan ötrü hər şey edirlər. Siz görmüsüz, Çeferin Apple haqqında sənədli filmdə nə danışır? O UEFA prezidenti olaraq özünü kral kimi hiss edir və təşkilatın baş naziri kimi danışır”.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər