featured-image-29499

UEFA-nın sabiq prezidenti Mişel Platini FİFA və UEFA-nın indiki rəhbərliyini tənqid edib. Msport.az xəbər verir ki, Fransa futbolunun əfsanəsi onların məqsədlərinin yalnız pul qazanmaq olduğunu deyib:

“Biz UEFA-nın yüksək rəhbərliyindən şəffaf hesabat tələb etməliyik. Onlar maliyyə feyr-pleyindən danışırlar, lakin UEFA prezidenti Çeferinin ən yaxın tərəfdaşı PSJ-nin sahibi Əl-Xəlayfidirsə, bunu təmin etmək çox çətin olur.

Bu bir həqiqətdir ki, Çeferin və FİFA prezidenti İnfantino postlarını zəbt ediblər. Mən futbol oynadım, onlar isə siyasət.

Onların proqramlarında heç bir islahat yoxdur, məqsəd yalnız çox oyun keçirmək və çox pul qazanmaqdır.

Həm də futbol tarixinə girmiş yarışlara da hörmət etmirlər. Məni əvəz edənlərin futboldan xəbərləri yoxdur”.

ANAR 

Bənzər xəbərlər