featured-image-22937

Türkiyənin “Kasımpaşa” klubunun qapıçısı Erdem Canpolat dəhşətli zəlzələdən danışıb.

Msport.az xəbər verir ki, “Kasımpaşa” Türkiyə Super Liqası çərçivəsində fevralın 5-də səfərdə “Hatayspor”la qarşılaşıb. Episentri Kahramanmaraş olan zəlzələ isə fevralın 5-dən 6-a keçən gecə baş verib. Hatay da təbii fəlakət zamanı ən çox zərər görmüş bölgələr sırasındadır.

21 yaşlı futbolçu hadisəni belə xatırlayır: “Hatayda komandamızın qalmalı olduğu otel zəlzələ zamanı tamamilə dağıldı. Geri baxdığımızda orada qalmadığımız üçün özümüzü çox şanslı hiss edirik. Daha pis hadisələrlə üzləşə bilərdik. Cəhənnəm kimi idi.

Dəhlizdə komanda yoldaşlarımla qarşılaşdım. Buradan sağ çıxıb-çıxmayacağımızı soruşanlar oldu. Otel sanki bir labirint kimi idi. Bir müddət sonra yola çıxmağı bacardıq. Qəfildən otelin yenidən silkələndiyini gördük. Çoxumuz şokta idik.

Hava Limanına gedəndə dağılmış evlər gördük. Tam bir fəlakət idi. Allaha şükür, cəhənnəmdən vaxtında çıxmağı bacardıq”.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər