Ceko "İnter"dən ayrılır - Növbəti dayanacaq Türkiyə ola bilər
Edin Ceko yaxın günlərdə “İnter”lə vidalaşacaq. Msport.az xəbər verir ki, insayder Fabritsio Romano bu məlumatı yayıb. 37 yaşlı hücumçu İtaliya klubundan azad agent kimi ayrılacaq.
Bosniya ve herseqovinalı futbolçu Səudiyyə Ərəbistanı klublarının və “Fənərbaxça”nın diqqət mərkəzindədir.
Qeyd edək ki, Ceko 2021-ci ildən “İnter”in şərəfini qoruyur. O, buna qədər “Roma” (İtaliya), “Mançester Siti” (İngiltərə), “Volfsburq” (Almaniya), “Teplitse” (Çexiya) və “Jelezniçar” (Bosniya və Herseqovina) klublarının formasını geyinib.
ANAR







