featured-image-39154

“Fənərbağça”nın futbolçusu Edin Ceko Türkiyə Super Liqasında yeni rekorda imza atıb.

Msport.az xəbər verir ki, bosniyalı hücumçu buna “Pendikspor”a 5:0 hesabı ilə qalib gəldikləri Superliqanın X tur oyununda het-trik etməklə nail olub.

Forvard 37 yaş 266 günündə bunu bacararaq tarixə düşüb. O, İstanbul təmsilçisinin sabiq üzvü Lefter Küçükandonyadisə (36 yaş 291 gün) məxsus 1962-ci ildəki göstəricini geridə qoyub.

Qeyd edək ki, Edin Ceko bu mövsüm 10 qola imza atıb.

Bənzər xəbərlər