Cəlal oynadı, “Arda” qalib gəldi
Bolqarıstan çempionatında 5-ci turun oyunları keçirilib.
Msport.az xəbər verir ki, millimizin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi “Arda” öz meydanında “Lokomotiv” (Sofiya) komandasına 1:0 hesabı ilə qalib gəlib.
Cəlal 81-ci dəqiqədə meydana çıxıb.
Qeyd edək ki, “Arda” 5 turdan sonra 7 xalla 16 komanda arasında 5-ci pillədə qərarlaşıb.







