featured-image-33180

David Fofana “Çelsi”dən “Union”a keçib. Msport.az xəbər verir ki, Berlin klubu 20 yaşlı hücumçunu 1 illik icarəyə götürüb.

Almaniya təmsilçisinin futbolçunun transfer hüquqlarına yiyələnmək hüququ olmayacaq.

“Çelsi” Fofananı qış transfer pəncərəsində 12 milyon avroya almışdı.

Kotdivuarlı forvard London klubunda cəmi 4 oyun keçirib.

ANAR

Bənzər xəbərlər