featured-image-31127

“Çelsi” futbolçusu Mark Kukurelyanı sata bilər.

Msport.az xəbər verir ki, “zadəganlar”ın yeni baş məşqçisi Maurisio Poçettino rəhbərlikdən 24 yaşlı futbolçunun satılmasını istəyib. Argentinalı mütəxəssis satışdan əldə olunan vəsaitə yeni sol cinah müdafiəçinin transferini tələb edib.

Kukurelya London təmsilçisinə ötən mövsümün əvvəli “Brayton”dan 62 milyon funt-sterlinq qarşılığında keçib. O, “Çelsi”nin heyətində keçirdiyi 33 oyunda 2 məhsuldar ötürmə verib.

Royal Türksoy

Bənzər xəbərlər