featured-image-20604

“Çelsi” hələ Mixail Mudriklə rəsmi müqavilə bağlamasa da, artıq sosial şəbəkələrində futbolçunun fotosunu paylaşıblar.

Msport.az xəbər verir ki, London klubunun mətbuat xidməti ukraynalı oyunçunun şəkili paylaşaraq belə yazıb: “Mixail Mudrikə sevginizi göstərmək üçün  ürək sözlərinizi yazın”.

Bundan bir qədər sonra isə “zadəganlar”ın rəsmi səhifəsində vingerin “Şaxtyor”da vurduğu ən gözəl qollar paylaşılıb və “Mudrikdən bir qədər sehirbazlıq, onun səhifəsini izləyin” yazılıb.

İlk paylaşım 1 milyondan çox “like” toplayıb. İkincisi isə 446 min.

Qeyd edək ki, “Çelsi” hələ Ukrayna millisinin futbolçusunun transferini açıqlamayıb. Onun bu gün tibbi müayinədən keçəcəyi gözlənilir.

“Çelsi” bonuslarla birgə bu transferə görə 100 milyon avro xərcləyib.

ANAR ABDULLAYEV 

 

Bənzər xəbərlər