“Çelsi” “Atletik”in futbolçusunu istəyir
İspaniyanın “Atletik” klubunun futbolçusu futbolçusu Aytor Paredes karyerasını İngiltərədə davam etdirə bilər.
Msport.az The Sun nəşrinə istinadən xəbər verir ki, “Çelsi” 23 yaşlı mərkəz müdafiəçisi ilə maraqlanır.
London təmsilçisi bu mövqedəki bir neçə oyunçusunun zədələnməsindən sonra bu transferi nəzərdən keçirir. Skautlar onun bir neçə matçını da izləyiblər.
Qeyd edək ki, Aytor Paredes cari mövsüm bütün turnirlərdə 19 matçda meydanda olub və bir qolla yadda qalıb. Futbolçunun Bilbao klubu ilə müqaviləsi 2025-ci ildə başa çatmalıdır.