featured-image-44012

Almaniyanın “Bayer” klubunun futbolçusu Viktor Bonifeys karyerasını İngiltərədə davam etdirə bilər.

Msport.az xəbər verir ki, bu barədə jurnalist Kristian Falk paylaşım edib.

Onun sözlərinə görə, “Çelsi” 23 yaşlı nigeriyalı hücumçu ilə maraqlanır.

Qeyd edək ki, forvard cari mövsüm 23 oyunda 16 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, “Bayer 04” Avropa Liqasının 1/8 final mərhələsində “Qarabağ”la üz-üzə gələcək.

Bənzər xəbərlər