“Çelsi”də 12 itki
İngiltərənin “Çelsi” klubunun 12 futbolçusu Premyer Liqanın XIX turunda “Kristal Pelas”la matçı buraxacaq.
Msport.az xəbər verir ki, yarımmüdafiəçi Lesli Uqoçukvu “Vulverhempton”a uduzduqları matçda (1:2) zədələnib. Ben Çilvell, Robert Sançes, Trevo Çaloba, Karni Çukvumeka, Mark Kukurella, Uesli Fofana və Ris Ceyms isə zədədən sağalmaqda davam edir.
Koul Palmer və Rahim Sterlinq sarı vərəqə limiti səbəbindən meydana çıxmayacaq. Moyses Keysedo və Enzo Fernandes xəstəlik səbəbindən “Kristal Pelas”a qarşı oynamayacaq.
18 turdan sonra “Çelsi” Premyer Liqada 22 xalla 10-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, “Çelsi” – “Kristal Pelas” matçı dekabrın 27-də keçiriləcək.







