“Çelsi”də 7 illik müqavilə
“Çelsi” “Renn”in futbolçusu Lesli Uqoçukvunu transfer edib.
Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi ilə 7 illik müqavilə imzalanıb.
Fransız futbolçu “Renn”in yetirməsidir. O, 2021-ci ildə əsas komandada oynamağa başlayıb. Elə həmin il Fransanın 18 yaşadək futbolçulardan ibarət yığmasında debüt edib. 2020-ci il iyulun 1-də isə ilk peşəkar müqaviləsini bağlayıb.
Qeyd edək ki, Uqoçukvu 2022/2023 mövsümündə “Renn”in heyətində 26 oyun keçirib və bir məhsuldar ötürmə edib.







