“Çelsi”də ciddi itki
“Çelsi”nin kapitanı Ris Ceyms uzun müddət meydana çıxmayacaq.
Msport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ingiltərəli müdafiəçi Finlandiyada əməliyyat olunub.
24 yaşlı futbolçu 3-4 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Ris Ceyms İngiltərə Premyer Liqasının 16-cı turunda “Everton”la oyunda bud nahiyəsindən zədə almışdı.







