featured-image-47163

“Çelsi”nin heyətində ciddi itki baş verib.

Msport.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin yarımmüdafiəçisi Enzo Fernandes sıradan çıxıb.

Argentinalı futbolçu qasıq nahiyəsində olan ağrılara görə əməliyyat olunacaq. O, bir ay yaşıl meydanlardan kənar qalacaq.

Qeyd edək ki, Enzo Fernandes bu mövsüm “Çelsi”nin heyətində meydana çıxdığı 40 rəsmi matçda 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər