featured-image-14383

“Çelsi”nin müdafiəçisi Uesli Fofana Çempionlar Liqasının qrup mərhələsində “Milan”a qarşı keçirilən görüşdə zədələnib.

Msport.az xəbər verir ki, futbolçu, aldığı zədə səbəbindən 6 həftə meydanlara çıxmaya bilər.

Dizindən zədələnən 21 yaşlı müdafiəçinin artıq müalicəsinə başlanılıb.

“Zadəganlar” Fofananı yayda 80 milyon avroya “Lester Siti”dən transfer edib.

Bənzər xəbərlər