featured-image-28879

“Çelsi”də komanda daxilində  ab-hava çox pisdir.  Msport.az xəbər verir ki, klubun adının açıqlanmasını istəməyən əməkdaşı “The Athletic”ə bu barədə danışıb. Uzun illərdir komandada işləyən şəxs vəziyyəti “heç vaxt belə pis olmamışdı” kimi xarakterizə edib:

“Komandada atmosferin korlanmasının əsas səbəblərindən biri heyətin bu qədər uzun olmasıdır. Hər gün məşqə 30-dan çox futbolçu gəlir. Məşqçilər korpusu hər bir oyunçunun komandadakı vəziyyətindən razı qalmasını təmin edə bilməz. Onlar başa düşür ki, ya oyun dəqiqələri az olacaq, ya da ümumiyyətlə, ehtiyatda qalacaqlar”.

Klubda narahatdırlar ki, yayda futbolçuların sayı bir az da artacaq. “Leptsiq”dən Kristofer Nkunkunun transferi razılaşdırılıb, yayda Malo Qüsto və Andrey Santos da komandaya qoşulacaq. Bundan başqa, Romelu Lukaku, Levi Koluill, Kallum Hadson-Odoi və Yan Matsen icarədən qayıdacaqlar. London klubu yayda heyəti bir qədər qısaltmağa çalışacaq.

Bir neçə futbolçunun yayda “Çelsi”dən getmək istəməsi də, ab-havaya pis təsir edir. Jorjinyonun “Arsenal”a keçməsi böyük zərbə olub. Onun futbolçular arasında böyük nüfuzu var idi və bir neçə dildə danışa bilirdi.

Mənbənin sözlərinə görə, oyunçular boş vaxtlarını bir yerdə keçirməyə üstünlük vermirlər.

“Çelsi” 32 oyundan sonra 31 xalla Premyer Liqada 11-ci yeri tutur.

ANAR ABDULLAYEV

 

Bənzər xəbərlər