featured-image-24291

“Çelsi” klubu “Stemford Bric”in yenidən qurulması üçün 1.7 milyard avroluq layihəni nəzərdən keçirir. Msport.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Klub Londonun qərbindəki stadionu söküb eyni yerdə yenisini tikə bilər. Bununla belə, stadionun yenidən qurulması və ya başqa yerdə tikilməsi variantı da mümkündür. Qeyd olunur ki, bu planlarla bağlı yekun qərar hələ verilməyib.

London klubunun yeni sahibləri “Çelsi”nin stadionunu dünyanın ən yaxşısı etmək niyyətindədirlər.

“Çelsi” İngiltərə Premyer Liqasının turnir cədvəlində 10-cu yerdədir. Komanda 24 oyundan sonra 31 xal toplayıb.

Bənzər xəbərlər