featured-image-41985

“Çelsi” heyətinə yeni futbolçu qatacaq.

Msport.az sport.es-ə istinadən xəbər verir ki, London təmsilçisi “Palmeyras”ın vingeri Estevao ilə müqavilə imzalamaq üçün razılığa gəlib.

Klub 16 yaşlı hücumçuya görə təxminən 60 milyon avro ödəyəcək. Artıq “Çelsi”nin nümayəndələri müqavilənin yekun detallarını həll etmək üçün artıq Braziliyaya uçublar.

Qeyd edək ki, Estevaonun “Palmeyras”la müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Forvard Braziliya klubunun əsas heyətində cəmi 1 oyun keçirib. O, ikinci komandanın heyətində isə 17 oyunda 6 qol vurub, 1 qolun ötürməsini verib.

Bənzər xəbərlər