“Çelsi”dən 60 milyonluq transfer
“Vulverhempton”un cinah hücmçusu Pedru Netu karyerasını “Çelsi”də davam etdirəcək. Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano paylaşım edib.
Onun sözlərinə görə, London klubu 24 yaşlı futbolçunu 60+3 milyon avroya transfer edəcək.
Yaxın vaxtlarda Netu “zadəganlar”ın düşərgəsində tibbi müayinədən keçəcək.
Netu ötən mövsüm bütün turnirlərdə 24 oyunda 3 qol vurub və 11 məhsulda ötürmə verib. Forvardın “Vulverhempton”la müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulmuşdu.