featured-image-66016

“Çelsi” Fransa “Strasburq”unun müdafiəçisi Mamadu Sarrın transferini açıqlayıb. Msport.az xəbər verir ki, 19 yaşlı futbolçu ilə 2033-cü ilə qədər müqavilə imzalanıb.

Mamadu Fransanın U-21 millisinin üzvüdür. O, “Strasburq”a ötən ilin avqustunda keçib. Müdafiəçi buna qədər Fransada “Lion”, Belçikada isə “Molenbek” klublarında çıxış edib.

Sarr ötən mövsüm Liqa-1-də 27 oyun keçirib.

 

Bənzər xəbərlər