featured-image-44149

İngiltərənin “Çelsi” klubu antirekorda imza atıb.

Msport.az xəbər verir ki, London təmsilçisi tarixdə ardıcıl 6 dəfə finalda məğlub olan ilk İngiltərə klubu olub.

Bunun üçü İngiltərə Kubokunun, üçü isə Liqa Kubokunun finalına təsadüf edib. “Zadəganlar” budəfəki liqa kubokunun həlledici görüşündə “Liverpul”a 0:1 hesabı ilə uduzub. Qarşılaşmada yeganə qolu 118-ci dəqiqədə Vircil van Deyk vurub.

Qeyd edək ki, Premyer Liqada da işləri yolunda germəyən “Çelsi” 25 turdan sonra 35 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşır.

Bənzər xəbərlər