featured-image-49695

İspaniyanın “Atletiko” klubunun futbolçusu Samuel Omorodion karyerasını İngiltərədə davam etdirə bilər.

Msport.az xəbər verir ki, bu barədə insayder Matteo Moretto bildirib.

Onun sözlərinə görə, “Çelsi” 20 yaşlı hücumçu ilə maraqlanır. “Zadəganlar” forvardı transfer etmək üçün üç dəfə Madrid təmsilçisinə müraciət edib. “Atletiko” oyunçunu növbəti mövsümdə də saxlamaq niyyətindədir. Yalnız 80 milyon avroluq təklif gəlsə, futbolçu komandadan ayrıla bilər.

London klubunun təklifi isə 50 milyon avro olub.

Qeyd edək ki, Omorodion ötən mövsüm 36 matçda 9 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər