featured-image-51756

İngiltərənin “Çelsi” klubunun futbolçusu Konor Qallaher karyerasını İspaniyada davam etdirə bilər.

Msport.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano paylaşım edib.

“Atletiko” yarımmüdafiəçinin transferində israrlıdır. Klublar arasında danışıqlar intensivləşib.

24 yaşlı ingilisin keçidi London təmsilçisinə təxminən 35-40 milyon avro qazandıra bilər. Madridlilər bu məbləği qarşı tərəfə ödəməyə hazırdı.

Qeyd edək ki, “Çelsi”nin yetirməsi olan Konor Qallaher Premyer Liqa klubunun heyətində 95 oyunda 10 qol vurub, 10 assist edib. Onun müqaviləsi 2025-ci ilin yayında başa çatır.

Bənzər xəbərlər