featured-image-45069

İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Meyson Mount “Çelsi”dən ayrıldığı üçün məyusdur.

Msport.az “Manchester Evening News”a istinadən xəbər verir ki, yarımmüdafiəçi London təmsilçisi ilə futboldan kənar səbəblərə görə vidalaşıb.

O, məhz bunun üçün öz keçidinin ictimaiyyət arasında müzakirə edilməsini istəmir.

Qeyd edək ki, Mount “qırmızı şeytanlar”da 12 oyun keçirib və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Oyunçu 2020/2021 mövsümündə “Çelsi” ilə birlikdə Çempionlar Liqasının qalibi olub. Yarımmüdafiəçi ötən ilin yayında Mançester təmsilçisinə transfer olunub.

Bənzər xəbərlər