featured-image-20080

“Çelsi” növbəti transferini rəsmiləşdirib.

Msport.az xəbər verir ki, London təmsilçisi Braziliyanın “Vasko da Qama” klubundan Andrey Santosu transfer edib.

Bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb. 18 yaşlı futbolçu ilə müqavilənin müddəti açıqlanmayıb. İngilislər bu transferə görə Braziliya klubuna 12.5 milyon avro ödəyiblər.

Santos “Vasko da Qama”nın yetirməsidir. Yarımmüdafiəçi bu komandada 37 oyuna 8 qol vurub.

“Vasko da Qama” da heyətinə yeni futbolçu cəlb edib. Braziliya klubu Fransanın “Nant” komandasında forma geyinən müdafiəçi Robson Bambunu icarəyə götürüb. 25 yaşlı mərkəz müdafiəçisinin bu ilin 31 dekabrına kimi bu komandada oynayacağı açıqlanıb.

Bənzər xəbərlər