featured-image-42194

İngiltərənin “Çelsi” klubunun futbolçusu Trevo Çaloba karyerasını Londonun başqa təmsilçisində davam etdirəcək.

Msport.az xəbər verir ki, “zadəganlar” 24 yaşlı müdafiəçini “Fulhem”ə icarəyə verir.

Tərəflər arasındakı danışıqlar müsbət yekunlaşıb. “Fulhem” oyunçunu birdəfəlik almaq hüququna da malik olacaq.

Qeyd edək ki, futbolçunun “Çelsi” ilə müqaviləsi 2028-ci ilin yayınadək nəzərdə tutulub.

Bənzər xəbərlər