featured-image-42675

Fransanın “Lill” klubunun futbolçusu Conatan Devid karyerasını İngiltərədə davam etdirə bilər.

Msport.az xəbər verir ki, 24 yaşlı hücumçu ilə “Çelsi” maraqlanır.

London təmsilçisi hücum xəttini Devidlə gücləndirmək üçün qarşı tərəflə rəsmi danışıqlara başlayıb. Futbolçunun özü də Premyer Liqada oynamaq arzusundadır.

Qeyd edək ki, 2020-ci ildən “Lill”də oynayan Conatan Devid bu mövsüm 27 görüşdə 11 qol vurub, 6 məhsuldar ötürmə verib.

Bənzər xəbərlər