“Çelsi” hücumçusunu satır
Kristofer Nkunku “Çelsi”dən ayrılacaq.
Msport.az xəbər verir ki, əsas heyətdə möhkəmlənə bilməyən hücumçu ilə bağlı qəti qərar verilib.
Həm klub, həm də oyunçu özü belə qərar verib. Hazırda variantlar müzakirə olunur. Londonlular ən yüksək məbləğ təklif edən müştərini seçəcək. Ancaq Nkunku həm yüksək maaş, həm də daim oynayacağı yer seçiminə üstünlük verir.
Qeyd edək ki, 2023-cü ilin yayında “Leypsiq”dən 60 milyon avroya transfer edilən 27 yaşlı fransalının 4 illik müqaviləsi qüvvədədir.