featured-image-28644

“Çelsi”nin futbolçuları Meyson Maunt və Ris Ceyms zədə səbəbindən mövsümün sonuna kimi oynamayacaqlar.

Msport.az xəbər verir ki, bu barədə London klubunun baş məşqçisi Frenk Lempard məlumat verib.
Ceyms Çempionlar Liqasında “Real”la cavab matçında zədələnib.
Lempard ümid edir ki Maunt “Nyukasl”la mayın 28-də cari mövsümün son turunda meydana çıxa biləcək. Lakin bu ehtimal çox azdır.
Ceyms bu mövsüm Premyer Liqada 16 oyun keçirib və 1 qol vurub.
Maunt 24 görüşdə 3 dəfə fərqlənib.
“Çelsi” növbəti oyununu “Brentford”a qarşı keçirəcək.

ANAR

Bənzər xəbərlər