featured-image-32520

“Çelsi” Nikolas Ceksonla müqavilə bağlayıb. Msport.az xəbər verir ki, London klubu “Vilyarreal”ın seneqallı futbolçusunun transferini açıqlayıb.

“Zadəganlar” 21 yaşlı hücumçuya görə, İspaniya təmsilçisinə 37 milyon avro ödəyəcək. Müqavilə 2031-ci ilin iyununa kimi nəzərdə tutulub.

Cekson ötən mövsüm “Vilyarreal”ın heyətində bütün turnirlərdə 38 oyunda 13 qol vurub və 5 məhsuldar ötürmə verib.

ANAR

 

Bənzər xəbərlər