featured-image-30902

“Çelsi”nin futbolçusu Mateo Kovaçiç klubunu dəyişə bilər.

Msport.az xəbər verir ki, London klubu futbolçusunu 35 milyon funta satmağa hazırdır. 29 yaşlı yarımmüdafiəçiylə “Mançester Siti” və “Milan” maraqlanır. Xorvatiyalının klubuyla müqaviləsi növbəti mövsümün sonuna qədər nəzərdə tutulub.

Qeyd edək ki, Kovaçiç 2018-ci ildən “zadəganlar”ın şərəfini qoruyur. O, cari mövsüm ərzində 37 oyunda iştirak edib, 2 qol və 2 assistlə fərqlənib.

Royal Türksoy

Bənzər xəbərlər