featured-image-39999

Gürcüstan millisinin və İtaliyanın “Napoli” klubunun futbolçusu Xviça Kvaratsxeliya karyerasını İngiltərədə davam etdirə bilər.

Msport.az ESPN-ə istinadən xəbər verir ki, “Çelsi” 22 yaşlı hücumçu ilə maraqlanır.

London təmsilçisinin forvard üçün qarşı tərəfə 100 milyon avro ödəyə biləcəyi vurğulanıb.

Qeyd edək ki, “Çelsi”, “Mançester Yunayted” və “Nyukasl” da Kvaratsxeliyanı heyətinə cəlb etmək niyyətindədir.

Bənzər xəbərlər