“Çelsi” Lempardın rəhbərliyi altında 3-cü oyunda da uduzdu
İngiltərə Premyer Liqasında 31-ci tura start verilib. Msport.az xəbər verir ki, bu gün 7 oyun keçirilib.
“Çelsi” Frenk Lempardın rəhbərliyi altında 3-cü oyunda da məğlub olub. “Zadəganlar” evdə “Brayton”a uduzublar. Londonun digər təmsilçisi “Tottenhem” isə “Bornmut”la qarşılaşmadan xalsız ayrılıb.
“Mançester Siti” ardıcıl 10-cu qələbəsini qazanıb. Qvardiolanın komandası doğma divarlar arasında “Lester Siti”dən üstün olub – 3:1.
İngiltərə Premyer Liqası
31-ci tur
15 aprel
Aston Villa – Nyukasl 3:0
Qol: Remsi, 11. Uotkins, 64; 83.
Çelsi – Brayton 1:2
Qol: Qallaxer, 13 – Uelbek, 42. Enkiso, 69.
Everton – Fulhem 1:3
Qol: Maknil, 35 – Rid, 22. H.Uilson, 51. D.Ceyms, 68.
Sauthempton – Kristal Pelas 0:2
Qol: Eze, 54; 68.
Tottenhem – Bornmut 2:3
Qol: Son, 14. Danjuma, 88 – Vina, 38. Solanke, 51. Uattara, 90+5.
Vulverhempton – Brentford 2:0
Qol: D.Kosta, 27. Huanq, 69.
Mançester Siti – Lester Siti 3:1
Qol: Stounz, 5. Haland, 13; 25 – İheanaço, 75.
16 aprel
17:00. Vest Hem – Arsenal
19:30. Nottingem Forest – Mançester Yunayted
17 aprel
23:00. Lids – Liverpul







