“Çelsi” Mendinin əvəzedicisini tapdı
“Çelsi”nin qapıçısı Eduard Mendi mövsümün sonunda klubu tərk edəcək.
Msport.az “Bild”ə istinadən xəbər verir ki, Kepa Arrisabalaqaya əsas heyətə düşmək uğrunda rəqabəti uduzan Mendi transfer təkliflərini nəzərdə keçirəcək. “Zadəganlar”ın rəhbərliyi artıq 31 yaşlı qolkiperi əvəzedicisini müəyyənləşdirib. Bu, “Borussiya Dortmund”un çərçivəsini qoruyan Qreqor Kobeldir. London təmsilçisi yayda isveçrəli futbolçunu transfer etməyə çalışacaq.
Qeyd edək ki, 25 yaşlı Kobel cari mövsüm keçirdiyi 29 oyunda 32 qol buraxıb. O, 12 oyunda qapısını toxunulmaz saxlayıb. Kobelin “Borussiya”yla müqavilə müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub.
Royal Türksoy







